11-ci |
PLASTİK KÜTLƏ VƏ ONUN
|
Plastik kütlədən hazırlanmış məmulatlar XIX əsrin sonunda meydana çıxmış və tədricən insan həyatına bütünlüklə daxil olmuşdur. Əgər ətrafa göz yetirsək, görərik ki, bu gün bizi çoxlu sayda plastik kütlədən hazırlanmış məmulatlar əhatə edir.
Plastik kütlə nədir? |
Plastik kütlə kimya sənayesində polimerdən alınan, təzyiq altında qızdırıldıqda verilmiş formanı alan və soyuduqdan sonra onu qoruyub saxlayan təbii, süni və ya sintetik mənşəli materialdır.
Plastik kütlənin fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən və sayından asılıdır.
Polimerlər yüksək molekulyar birləşmələrdən ibarətdir. Onlar xətti, şaxəli və torvari struktura malikdir (şəkil 1).
Şəkil 1.Polimerlərin strukturu:
a) xətti; b) şaxəli; c) torvari
Plastik kütlə hazırlamaq üçün istifadə edilən təbii xammalın iki mənbəyi var:
a) təbii polimerlərdən çevrilmələr nəticəsində alınan bir sıra plastik maddələr, məsələn, sellüloza və ya zülal əsaslı birləşmələr.
b) kimyəvi sintez yolu ilə aşağı molekul kütləli birləşmələrdən yüksək molekul kütləli birləşmələrin alınması ilə, məsələn, kömür, təbii qaz, neft və s.
Plastik kütlədən bir çox məişət əşyalarının (ütü altlıqları, paltar üçün qarmaqcıqlar, daraq, mətbəx avadanlığı, məktəb ləvazimatları və s.) istehsalında geniş istifadə olunur. Plastik kütlədən olan məmulatlar təkcə məişətdə istifadə olunmur, ondan maşın və dəzgahların bəzi hissələri, qablaşdırma materialları da hazırlanır. Bu materialdan təkcə birdəfəlik qab-qacaq deyil, mebel və s., belə demək olarsa, gündəlik tələbat malları hazırlanır.