12-ci |
PLASTİK KÜTLƏDƏN OLAN
|
Şəxsi ev və ya ofis olmasından asılı olmayaraq, istənilən binanın interyerinin başlıca elementlərindən biri pəncərələrdir. Onlar evimizi gözəl, isti və təhlükəsiz edir, odur ki həyatımızın rahat olmasında onların xarici görünüşü və keyfiyyəti özünəməxsus rol oynayır. PVX-dən olan pəncərələr - kifayət qədər yeni ixtiradır, onlar son zamanlar istənilən əsaslı təmirin vacib elementinə çevrilmişdir.
Plastik pəncərələrə ehtiyac nədən yaranmışdır? |
Hər bir ailənin idarə olunmasında elektrik və istiliyin istehlakına qənaət önəmli yer tutur. Halbuki pəncərə və qapı yerləri mənzildə istilik itkisinin əsas mənbəyidir və hər zaman isidilmə və kipləşdirmə baxımından əlavə təkmilləşdirmə tələb edir.
Bir çox çatışmazlıqlara malik olan ağac qapı və pəncərələr mənzildə izolə edilmiş məkanın yaradılmasına təsir göstərə bilir. Mövsümi hava şəraitinin təsiri altında ağac çərçivələrdə yarıqlar əmələ gəlir ki, bayırdakı soyuq hava onlardan sızaraq mənzili soyudur. Zaman keçdikcə bu material çürüməyə məruz qalır və öz möhkəmliyini itirir, kifayət qədər tez istismar müddətini tamamlayır.
Plastik kütlədən olan pəncərələrin üstünlüyü nədədir? |
Plastik kütlədən olan pəncərələr hazırlandığı materialın bir çox danıl- maz üstünlükləri sayəsində bütün dünyada böyük şöhrət qazanıb.
Birinci - PVX ağac və ya metal kimi inşaat materialları ilə müqa- yisədə daha az maya dəyərinə malikdir.
İkinci - polivinilxloridin emalının sadə olması hazır məmulatın qiy- mətində öz təsirini büruzə verir.
Üçüncü - polivinilxlorid ekoloji cəhətdən ətraf mühitə ziyansızdır.
Dördüncü - möhkəm və uzunömürlü olduğundan belə plastik kütlədən hazırlanan pəncərələr 40 ildən artıq istismara yararlı olur.
Plastik kütlədən olan pəncərələr müxtəlif konstruktiv xüsusiyyətlərə malik ola bilər, lakin bu zaman pəncərənin elementləri, yəni onu təşkil edən hissələr dəyişməz olaraq qalır.
Plastik kütlədən olan pəncərə hansı hissələrdən ibarətdir? |
Plastik kütlədən olan pəncərə (şəkil 1) aşağıdakı hissələrdən ibarətdir:
Şüşə paketi (1) - plastik kütlədən ibarət pəncərənin aralarında hava qatı olan bir neçə şüşədən ibarət şəffaf hissəsidir.