15-ci |
ELEKTRON TEXNOLOGİYALARI İNFORMASİYA
|
Müasir dünyada vaxt və informasiya çox böyük əhəmiyyətə malikdir. İnformasiya texnologiyaları kompüter texnikası və rabitə vasitələri bazasında insanların qarşılıqlı informasiya əlaqələrinin müasir növləri deməkdir.
İnformasiya texnologiyalarının əsasını nə təşkil edir? |
İnformasiya texnologiyalarının əsasını aşağıda göstərilən texnoloji nailiyyətlər təşkil edir:
Beləliklə də, kompüter yeni informasiya texnologiyalarının təşkilində və ötürülməsində xüsusi yer tutur. İnformasiya texnologiyaları bu sahədə bir sıra praktik tapşırıqların həlli üçün kompüter texnikasından istifadəni bacarmağı, yəni kompüter savadına yiyələnməyi nəzərdə tutur.
Kompüter savadı elektron hesablama maşınlarında (EHM) mətnlərin, çertyojların, təsvirlərin hazırlanması və redaktə olunması, sadə hesablamaların və informasiya axtarışlarının yerinə yetirilməsi üzrə praktik bacarıqlardır.
Kompüter haqqında nə bilirik? |
Kompüter informasiyanın emalı, saxlanılması və ötürülməsi üçün nəzərdə tutulmuş qurğudur. Bunu başqa cür də ifadə etmək olar. Kompüter dəqiq müəyyənləşdirilmiş ardıcıllığı dəyişən əməliyyatları yerinə yetirən qurğu və ya sistemdir. Kompüter sözü ingilis mənşəli “computer” sözündən götürülmüşdür, tərcümədə “hesablayıcı” deməkdir.