16-cı |
KOMPÜTERLƏRİN TİPLƏRİ VƏ NÖVLƏRİ.
|
Elektron texnologiyalarla inkişaf etmiş müasir kompüterlər ölçülərinə və onlara xas olan imkanlara görə fərqlənə bilər. Kompüterlərin başqa qurğulara inteqrasiyası artıq yenilik deyil. Onlar avtomobillərə, məişət texnikasına və başqa cihazlara quraşdırıla bilər. Lakin belə hesablama mexanizmləri yalnız istehsalçı tərəfindən müəyyənləşdirilmiş tapşırıqları yerinə yetirir.
Kompüter adlandırılması mümkün olan belə qurğu növləri çoxdur və istehsalçılar tərəfindən dünyaya təqdim olunan bu kompüterlərin sayı gündən-günə artır. Bu qurğuları məntiqi olaraq müəyyən tipə aid kompüter qruplarına bölmək olar.
Kompüterlərin hansı tipləri və növləri var? |
Kompüterin tipi dedikdə oxşar funksionallığa və ya istifadə qaydalarına malik kompüterlər qrupu nəzərdə tutulur. Kompüterlərin növü dedikdə müəyyən hesablama texnikası və xarici görünüşlərində oxşarlıq olan, lakin fərqləndirici imkanlara malik hesablama qurğuları nəzərdə tutulur. Məsələn, fərdi kompüter - bu tipdir, fərdi kompüterlərin növləri isə insanların şəxsi məqsədləri üçün istifadə etdikləri portativ1 kompüterlərdir: noutbuk, netbuk, planşet və planşetli noutbuk, smartfon, ödəmə terminalı, bankomat və s.
Əgər ötən yüzillikdə kompüterlər analoqlu və rəqəmli olurdusa, bizim dövrümüzdə ancaq rəqəmli kompüterlər mövcuddur. Bu gün söhbət istifadə olunan rəqəmli kompüter tipli texnikadan gedəcək.
Portativ kompüter nə deməkdir? |
Portativ “daşınan” deməkdir. Masaüstü kompüterlərlə müqayisədə portativ kompüterlərin mobilliyini onların kiçik ölçüyə və tutumlu akkumulyatora malik olması təmin edir.
1. Noutbuklar daşınması asan olan kompüterlərdir. Onlar digər portativ kompüter növlərində olduğu kimi batareya hesabına müstəqil işləmək imkanına malikdir. Bundan əlavə, onların stasionar kompüterlərdən fərqli cəhəti komplektləşdirici hissələri ilə klaviatura displeyinin bir gövdədə olmasıdır.
1Portativ — yığcam, yüngül, daşınan