1-ci |
MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİNDƏ
|
Hər bir şagird mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydalarını bilməlidir. Bu qaydalara əməl etmək hər birimizin borcudur.
Hansı müəssisələr mədəniyyət müəssisələri adlanır? |
Mədəniyyət müəssisələri təyinatına görə üç yerə bölünür: mədəni maarifləndirici müəssisələr (kitabxanalar, muzeylər, parklar, heyvanxanalar, istirahət mərkəzləri), sərgi zalları (sərgilər, qalereyalar) və teatr-baxış müəssisələri (teatrlar, konsert zalları, sirklər və s.).
Davranış mədəniyyəti nə deməkdir? |
Davranış mədəniyyəti insanların birgə yaşayış zamanı əməl edəcəkləri qayda və qanunlar, fərqli şəraitlərdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. İnsan uşaqlıqdan elə ünsiyyət bacarığına yiyələnməlidir ki, onunla davranmaq ailədə, iş şəraitində və ya istirahət zamanı hamıya xoş və rahat olsun. İnsanın davranış mədəniyyəti müəyyən qədər onun daxili xüsusiyyətlərini əks etdirir. Düzgün, səmimi, özünə qarşı tələbkar, özünün və başqasının ləyaqətinə qiymət verən insan elə rəftar etməyə və görünməyə çalışmalıdır ki, onun xasiyyətində və davranışında heç bir sünilik, riyakarlıq, nəzakətsizlik olmasın.
Mədəni maarifləndirici müəssisələr şəxsiyyəti formalaşdırmalı, onda diqqət, xeyirxahlıq, özünün və başqasının hərəkətlərinin nəticəsini görmək, mənfi emosiyaları saxlamağı, başqalarını dinləməyi bacarmaq və öz sözünün, hərəkətinin davranışının hansı nəticə verə biləcəyini görə bilmək kimi bir çox əxlaqi-psixoloji keyfiyyətləri inkişaf etdirməlidir.