VIII FƏSİL. ASİYA ÖLKƏLƏRİ
20. Qafqaz
Müharibə dövründə Sovet İttifaqında yaşayan Qafqaz xalqları faşizm üzərində qələbənin qazanılmasında böyük rol oynamışdılar. Yüz minlərlə insan cəbhələrdə igidliklə vuruşmuş, misilsiz qəhrəmanlıq nümunələri göstərmişdi. Qafqaz xalqları döyüşən ordunu silah-sursatla, ərzaq və paltarla, ən başlıcası isə, yanacaqla fasiləsiz təmin etmişdi.
1941–1945-ci illərdə Sovet İttifaqında çıxarılan neftin çoxu Bakı, qalan az hissəsi isə Şimali Qafqaz, Qazaxıstan, Volqaboyu mədənlərinin payına düşürdü. Lakin sovet rəhbərliyi türk-
müsəlman xalqlarına etinasızlıq nümayiş etdirdi. 1943-cü ilin oktyabrında SSRİ Ali Soveti Rəyasət Heyəti “Böyük Vətən müharibəsində faşistlərə yardım etmiş xalqlar haqqında” bədnam qərar qəbul etdi.