II BÖLMƏ. DÜNYA ÖLKƏLƏRİ 1918–1945-ci İLLƏRDƏ
IV FƏSİL. AVROPA ÖLKƏLƏRİ VƏ
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
10. Versal-Vaşinqton sistemi
XX əsrin ən böyük faciələrindən olan Birinci Dünya müharibəsi bir daha sübut etdi ki, böyük dövlətlərin dünyanı öz aralarında bölüşdürmək istəyi təkcə qənimətə və üstün mövqeyə səbəb olmur.
Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətləri nizamlamaq üçün 1919-cu ilin yanvarında Parisdə sülh konfransı təşkil olundu. Konfrans öz işini iyunun sonlarına kimi davam etdirdi. Burada aparıcı rolu “Böyük üçlük” – ABŞ, Böyük Britaniya və Fransa oynayırdı. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət olunmamışdı.
Sizcə, Sovet Rusiyasının dəvət olunmamasının səbəbi nə idi?
Konfransda məqsəd Almaniya və digər məğlub dövlətlərlə sülh müqavilələri hazırlamaq idi. Müqavilələrin əsasını V. Vilsonun konqresə təqdim etdiyi “14 maddə”- dən ibarət “dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri” təşkil edirdi.
“14 maddə”nin başlıca məzmunu:
1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı.