Tuti Bikə 1785-ci ildə dünyasını dəyişdi. O, Fətəli xanın tikdirdiyi səkkizguşəli türbədə dəfn edildi.
Tale elə gətirdi ki, Fətəli xan özü Dərbənddən uzaqda, Bakıda vəfat etdi. Bakı əhli onu böyük ehtiramla müqəddəs Bibiheybət ziyarətgahı yanındakı qəbiristanlıqda dəfn etdi. Sonralar, sovet hakimiyyəti dövründə Bibiheybət məscidi də, məzarlıq da məhv edildi.
Beləliklə, bütün ömrünü Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə həsr etmiş xanın məzarı itdi. Dərbənddə isə Tuti Bikə türbəsi bu gün də ziyarət olunmaqdadır. Bu türbə Fətəli xanın da xatirəsini özündə yaşadır...
2. Mətndə altından xətt çəkilmiş sözlərə diqqət yetirin. İsimlərə qoşulan -lar2 şəkilçisinin rolunu müəyyən edin. Hansı sözlər -lar2 şəkilçisi qəbul etməsə də, çoxluq bildirir?
Yadda saxla!
|
TƏK VƏ CƏM İSİMLƏR. TOPLU İSİMLƏR
|
İsimlər iki və ya daha artıq varlığı bildirdikdə -lar2 şəkilçisi qəbul edir və cəmdə olur; məsələn: əsgər - əsgərlər. Elə isimlər var ki, onlar -lar2 şəkilçisi qəbul etmədən də çoxluq bildirir; məsələn: və s. Belə isimlər adlanır. “Camaat” və “əhali” sözlərindən başqa, digər toplu isimlər -lar2 şəkilçisi qəbul edə bilər; məsələn: sürülər, qoşunlar. |