Leyla da onlara qoşuldu. Vasif isə özünü itirmişdi, bilmirdi, gülsün, yoxsa Mərdan əmidən üzr istəsin.
Bu zaman Mərdan əmi ayağa qalxdı. Leyla ilə birgə Vasifə yaxınlaşdı, onun əlini sıxıb:
-Afərin, Vasif! - dedi və üzünü Leylaya tutdu. - Qızım, Vasif əsl dostdur. Onunla kəşfiyyata da getmək olar.
Yadda saxla!
|
SAMİTLƏRİN NÖVLƏRİ
|
||||||||||||||||||||||||||||||||
Azərbaycan əlifbasında samit səsləri işarə edən 23 hərf var. Lakin dilimizdə bu səslərin sayı daha çoxdur, çünki işləndiyi sözdən asılı olaraq “k” hərfi üç səsi ifadə edir: kənd sözündə - [k] səsini, konsert sözündə - [k'] səsini, məktəb sözündə - [x'] səsini. [h] səsindən başqa, bütün kar samitlərin cingiltili qarşılığı, [1], [m], [n], [r] səslərindən başqa, bütün cingiltili samitlərin kar qarşılığı var. Samit səslərin sayı 25-dir.
|
sənəd - hər hansı bir faktı təsdiq edən rəsmi, hüquqi kağız. sənə... -
e | f | ə | b | Ş | i | u | P | ü | z | X | 0 | k | ö | h | V | ə | t | n | e | a | s |