Dil qaydaları
4.
Dəniz və milyon sözlərinə artırılmış -çi, -çu şəkilçiləri söz köklərinin
mənasında hansı dəyişikliyi
yaradır? Bu sözlərdəki şəkilçilərin rolunu “yazıçı” və “əlaçı” sözlərindəki
şəkilçilərlə müqayisə edin.
5*. Araşdırma. İzahlı lüğətlərdə verilən
feillər qrammatik formasına görə digər nitq hissələrindən nə
ilə fərqlənir?
6.
Mətndə altından xətt çəkilmiş sözü kök və şəkilçiyə ayırın. Buradakı -mə şəkilçisi nə bildirir?
Bu
şəkilçini sözdən çıxarın və müqayisə edin.
Yadda saxla!
|
TƏSDİQ VƏ İNKAR FEİLLƏR
|
Hərəkətin icra edilmədiyini bildirmək üçün feilin kökünə və ya başlanğıc formasına -ma,
-mə
şəkilçisi artırılır. Bu zaman feil inkarda olur; məsələn: oxumaq (təsdiq) - oxumamaq
(inkar
|
7.
Hansı cümlələrdə inkar formasında işlənən feil var
1.
Sən əziyyət çəkməyəsən deyə, bütün işləri görmüşəm.
2.
Təzə aldığım çəkmə hamının xoşuna gəldi.
3.
Əti soyuducuda saxlayıb dondurma.
4.
Yenicə aldığımız dondurma əriyirdi.
5.
Uşaq vurma cədvəlini yaxşı əzbərləmişdi.
6.
Muzeydəki eksponatlara əl vurma.
8.
Yoxlama, süzmə, bağlama, qızdırma, bölmə sözlərini cümlədə həm inkar feil, həm də isim kimi
işlədin.
9.
Atalar sözlərində tamamlanmamış feillərin təsdiq, yoxsa inkarda işləndiyini müəyyən edin.
1.
Yalançının evi yandı, heç kəs inan...
2.
Örtülü bazar dostluğu poz...
3.
Yaxşı igidin adını eşit, üzünü gör...
4.
Yıxılana balta çal...
5.
Qələm əyri yonulsa da, düz yaz...
6.
Sirrini dosta de..., dostun da dostu var.
7.
Çox yaşayan çox bil..., çox gəzən çox bil...
8.
Ağıllı düşməndən qorx..., dəli dostdan qorx...