Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə
Mən
qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay
nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birüzdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad
olsun,
Denən, mənim şair oğlum
Şəhriyar
Bir ömürdür qəm üstünə qəm qalar.
M. Şəhriyar
7.
Şeirin bu bəndində hansı nağıldan danışılır?
8.
Bəndin sonuncu misrasını izah edin.
9.
Bu bənddə hansı bayram adətindən söz açılır?
10.
Həmin mərasim indi necə adlanır?
11.
Şeirin bu bəndi məzmununa görə əvvəlki bəndlərdən nə ilə fərqlənir?
12.
Şair hansı tarixi ədalətsizliyə işarə edir?
13. Sonuncu iki misrann mənasını
izah edin.
Düşün və cavab ver
14.
Sizcə, şeirdə hansı fəsildən söhbət gedir?
15.
Şair nələrdən giley-güzar edir?
16.
Altından xətt çəkilmiş misraları izah edin. Bu ifadələri hansı xüsusiyyət birləşdirir?
Araşdırma
17.
Heydərbaba dağı haqqında məlumat toplayın.
Dil qaydaları
18.
Göy rənglə verilmiş sözləri orfoqrafik normalara uyğun yazın.
19.
Şeirdə işlənən mürəkkəb sözləri seçin, onların yaranma yollarını izah edin.