Düşün və cavab ver
1.
Mətni məzmunca bitkin iki hissəyə bölün. Hansı hissəni bədii, hansını elmi-kütləvi mətn adlandırmaq
olar?
Araşdırma
2.
Naftalan şəhəri haqqında məlumat toplayıb mətn hazırlayın.
Dil qaydaları
3.
Mətndə altından xətt çəkilmiş feillərin tərkibini müəyyən edin.
Yadda saxla!
|
MÜRƏKKƏB FEİLLƏR VƏ ONLARIN YAZILIŞI
|
Mürəkkəb feillər, əsasən, yaxın və ya əksmənalı feillərin birləşməsindən yaranır və
defislə yazılır; məsələn: arayıb-axtarmaq, oturub-durmaq.
|
4.
Cütləri müəyyən etməklə mürəkkəb feillər yaradın.
atılmaq
çalışmaq
demək
ölçmək
silmək
|
gülmək
süpürmək
vuruşmaq
düşmək
biçmək
|
5*. Hansı cümlədə altından xətt çəkilmiş
sözlər arasında defis işarəsi qoyulmamalıdır?
A.
Arif dayı kənd camaatı arasında sayılıb seçilirdi.
B.
Düşmənlər kəndi çapıb taladılar.
C.
Qardaşım evə çatan kimi uzanıb dincəldi.
D.
Çox düşündü, ölçüb biçdi, belə bir qərar verdi.
6*. Lüğətin köməyi ilə cümlələrdə altından
xətt çəkilmiş feilləri nümunəyə uyğun olaraq izah edin.
Nümunə:
Çoxdandır görünmürsən, heç bizi itirib-axtarmırsan.
•
itirmək - malik olduğu bir şeydən mərhum olmaq;
•
axtarmaq - itmiş bir şeyi tapmağa çalışmaq;
•
itirib-axtarmaq - maraqlanmaq, əlaqə saxlamaq.
1.
Şəhərdə işlərini düzüb-qosandan sonra kəndə qayıtdı.
2.
Qardaşım ağıllı oğlandır, pis uşaqlarla oturub-durmaz.
3.
O, haqsızlıq görəndə həmişə əsib-coşurdu.