Xarıbülbüllə bağlı başqa bir rəvayət də var. Deyirlər ki, Qarabağ xanı öz qızını İran şahına ərə verir. Qərib diyarda ömür-gün sürən, naz-nemət içində yaşayan Xan qızı vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:
Qələm də, bayatı da, göz yaşları da vətən həsrətini ovuda bilmir.
Xan qızı İranda darıxır, sıxılır və şah onun ürəyini açmaq üçün gözəl bir gülüstan salınmasını əmr edir. Xankəndində, Şuşada bitən bütün ağaclardan, gül-çiçəklərdən buraya gətizdirir ki, Xan qızı doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər. Salınan gülüstanın adını "Vətən bağı" qoyurlar. Burada bitkilərin hamısı kök atıb gül açır, bircə xarıbülbül yad torpaqda bitmir, solur. Xan qızı bağı seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Üzünü bağda susub durmuş bülbülə tutaraq bu nəğməni söyləyir:
1)
güc, qüvvət 4) yarpaq, ləçək |
2) nəhəng, uca 5) boy, qamət |
3) zərif, gözəl 6) sinə, köks |