7.
Şeir parçalarında işlənən mürəkkəb sözləri seçin, hansı nitq hissəsinə aid olduğunu və yaranma yolunu müəyyən edin.
Oğul, bu dünyada şan-şöhrət, ad-san
Hünərlər göstərən qəhrəmanındır.
Süleyman Rüstəm
Köməyi dəyməyən şirindil insan
Yaxşıdır acıdil əl tutanlardan.
Nizami Gəncəvi
8.
Fərqli şriftlə verilmiş hansı sözlər məcazi mənada işlənmişdir?
Quş qanadla uçar, insan diləklə.
Açdı qanadını sabah yelləri,
Meşənin səsinə günəş oyandı.
Qız qapının səsinə yuxudan oyandı.
Açır piyalətək ağzını zanbaq.
Heyvan ac olsa da, ağzını ota uzatmadı.
Qızın gözündə sevinc yaşları parladı.
Səhərin gözü açılmamış qonaqlar gəldi.
9.
Hansı sözlər bitişik yazılmalıdır
açıq-ürəkli, qeyri-müəyyən, açıq-yaşıl, tünd-sarı, tünd-xasiyyət,
isti-soyuq, qoşa-nağara, isti-ot,
qeyri-mümkün, qoşa-qoşa,
qəlbi-qara, bər-bəzək, qonum-qonşu, kəm-kəsir, ala-göz, ala-çiy,
kəm-savad,
tünd-xasiyyət
10.
Dördündən biri tərkibinə görə fərqlidir
A)
yazqabağı
B)
stolüstü
C)
şəhərlərarası
D)
sualtı
11.
Məcazi məna bildirən feilləri müəyyən edin və başqa cümlələrdə həqiqi mənada işlədib yazın.
Fırtına hələ də balıqçı gəmisini dalğaların arasında oynadırdı. Bir azdan külək yatdı. Ay buludların
arxasından boylandı. Çoşqun dalğalar birdən-birə yumşaldı. Dənizin hirsi soyudu.