Elmi araşdırmalarını davam etdirmək məqsədilə Tusi Hülakü xanın dəstəyi ilə Marağada rəsədxana qurur. Bu rəsədxana bütün dünyada ... elminin inkişafında müstəsna rol oynamışdır.
Ensiklopedik biliyə malik olan alim elmin müxtəlif sahələrini dərindən mənimsəmişdi. Bununla belə, Nəsirəddinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Onun riyaziyyat sahəsində tədqiqatları dəfələrlə nəşr olunmuşdur. Tusinin 1594-cü ildə Romada çap olunmuş “Evklid həndəsəsinin şərhi” kitabı mətbəə üsulu ilə çap olunmuş ilk Azərbaycan kitabıdır. O vaxta kimi kitablar xəttatlar tərəfindən üzündən köçürülərək ərsəyə gəlirdi.
Tusinin irsi dünya elm tarixinin ən parlaq səhifələrindəndir. Böyük alim bütün həyatı boyu təbiəti və cəmiyyəti dərk etməyə çalışmışdır. Onun fikirləri elmin sonrakı inkişafına mühüm təsir göstərmişdir. Tusinin qələmindən çıxan yüzə yaxın əsər astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunmuşdur. Onların əlyazmalarına dünyanın müxtəlif muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Nəsirəddin Tusi 1274-cü ildə Bağdadda vəfat etmiş və orada Came məscidində torpağa tapşırılmışdır. Qəbrinin üstündə "Elmin köməkçisi, elm ölkəsinin padşahı. Belə oğul hələ doğulmamışdır" yazılmışdır.
adlıq hal | yiyəlik hal | yönlük hal | təsirlik hal | yerlik hal | çıxışlıq hal |