Uğursuz çıxış edən Demosfen xəcalətindən plaşı ilə üzünü örtüb evinə yollandı. Hər bir uğursuzluğunu təhlil etməyi bacaran gənc natiq başa düşdü ki, kütləni ələ almaq üçün yalnız maraqlı mətnin olması azdır. Yaxşı natiq eyni zamanda intonasiya ilə danışmağı, səs tonunu tənzimləməyi, jest və mimikadan düzgün istifadə etməyi də bacarmalıdır.
Demosfen, nəyin bahasına olursa-olsun, qüsurlarını aradan qaldırmaq qərarına gəldi. O, diksiyasını düzəltmək üçün ağzına xırda daşlar doldurur və yüksək səslə aydın danışmağa çalışırdı. Dənizin dalğalı vaxtı sahilə gəlir və ucadan şeirlər oxuyurdu. Bu zaman o öz səsi ilə dalğaların səsini batırmağa çalışırdı. Çiynini atmağı tərgitmək üçün tavandan bir qılınc asmışdı. Danışanda qılıncın altında dayanırdı. Çiynini atdığı zaman qılınc onu yaraladığından bu vərdişi də tərgitdi. Nəhayət, gənc natiq öz səsini və bədənini kamil şəkildə idarə etməyi öyrəndi.
Özünə tam arxayın olan Demosfen qəyyumlarını məhkəməyə verdi və qalib gəldi. Bundan sonra o, meydanlarda xalq qarşısında müxtəlif mövzularda çıxış etməyə başladı. Demosfen tarixin yaddaşında daha çox Makedoniya çarı II Filippə, sonra isə onun oğlu İsgəndərə qarşı çıxışları ilə qalıb. Buna görə böyük fateh Demosfeni tutub edam etdirmək istəmişdi. Lakin Afina camaatı sevimli natiqini sərkərdənin qəzəbindən qoruya bildi.
Demosfenin həyatı ... və ... nümunəsi kimi yaddaşlara həkk olunmuşdur.•
isimdən düzəlmiş sifət • feildən düzəlmiş sifət • isimdən düzəlmiş isim • sifətdən düzəlmiş isim |
•
isimdən düzəlmiş feil • sifətdən düzəlmiş feil • feildən düzəlmiş feil • əvəzlikdən düzəlmiş fei |