- Qoy sən deyən olsun. Məndən ayrı istəyin varmı, Şərqin hökmdarı?
Cavanşir ehtiyatla dedi:
- Əmirəlmöminin, bilirsiniz ki, Arran tez-tez xəzərlərin basqınlarına məruz qalır, camaatın güzəranı ağırdır, vergiləri yığmaq olmur. İstərdim, mərhəmət göstərib vergiləri bir qədər azaldasınız.
Xəlifə gülümsündü. Sağ əli ilə saqqalını sığallaya-sığallaya vəzirə dedi:
- Arran ölkəsində yığılan vergilərdən üçdə birini Şərq hökmdarına bağışlayıram....
...Xəlifə taxtından durdu. Bu, görüşün sona çatmasına işarə idi.
Yadda saxla!
|
DİALOQDA DURĞU İŞARƏLƏRİNİN İŞLƏNMƏSİ
|
İki və daha çox şəxs arasında aparılan danışıq dialoq adlanır: məsələn: - Dərslərini necə oxuyursan? - Yaxşı. Yazıda dialoq şəklində verilən nitqi göstərərkən hər şəxsin dilindən deyilən fikir abzasdan yazılır və ondan əvvəl tire işarəsi qoyulur. |