Məhz buna görə onu dünyada ilk proqramçı hesab edirlər. Ada Lavleys uzaqgörənliklə qeyd edirdi
ki, hesablama maşını ən mürəkkəb riyazi formulları yaratmağa və
həll etməyə qadirdir. O yazırdı:
“Gələcəkdə bu maşın musiqi bəstələyə, şəkil çəkə biləcək və elm qarşısında bizim yuxuda da
görmədiyimiz
yollar açacaq .
Kompüterin özünün yaradılmasından əvvəl dünyada ilk kompüter proqramını hazırlayan Ada Lavleys tarixə
kompüter əsri haqqında öncədən xəbər vermiş qadın kimi düşdü. Universal proqramlaşdırma dillərindən biri
onun şərəfinə “Ada” adlandırılmışdır.
Söz ehtiyatı
1. Mətndə göy rənglə verilmiş sözlərin işləndiyi cümlələri bir daha oxuyun. Bu sözləri
verilmiş
izahlarla uyğunlaşdırın.
A) ixtira B) prinsip C)
formul
1. Say, hərf və riyazi işarələrlə ifadə olunan düstur.
2. Yaradıcı fəaliyyət nəticəsində hər hansı yeniliyin ortaya çıxması.
3. Hər hansı cihazın əsas xüsusiyyəti, iş qaydası.
|
ABC
ABC
ABC
|
Düşün və cavab ver
2. Mətndəki məlumatlardan çıxış edərək aşağıdakı sualların cavabını tapın.
1.
Ada uçan aparatı neçənci ildə quraşdırmışdı?
2.
Ada neçənci ildə ailə həyatı qurmuşdu?
3.
Ç.Bebbicin əsərini tərcümə edəndə Adanın neçə yaşı vardı?
3.
Mətndən uyğun hissələri seçməklə Ada Lavleys haqqında fikirləri təsdiq, ya inkar edin.
1.
Ada Lavleys uşaqlıqdan işgüzar xarakteri, qoyduğu məqsədə mütləq nail olmaq əzmi ilə fərqlənirdi.
2.
Ada Lavleys həyatda riyaziyyatdan, elmi araşdırmalardan başqa heç nə ilə maraqlanmırdı.
3.
Ada Lavleys başladığı hər bir işə böyük məsuliyyətlə yanaşır, yaradıcı münasibət bəsləyirdi.
4.
Altından xətt çəkilmiş cümlələri bir daha oxuyun. Kompüter bilgilərinizdən istifadə etməklə Ada
Lavleysin fikirlərini əsaslandırmağa çalışın.
Araşdırma
5.
Təsəvvür edin ki, keçmişə səyahət edib Çarlz Bebbic və Ada Lavleyslə görüşmüsünüz. Kompüter sahəsindəki
biliklərinizdən istifadə etməklə onlara müasir kompüter texnologiyalarının imkanları haqqında danışın.