10.
Omonim sözləri dəftərinizdə müvafiq sətrin qarşısında yazın.
saç, şam, nəticə, çal, sarı, göy, yara, yağ, qat, sal, çay, əqrəb,
mürəkkəb, bez, qurd, inci, çat
feil və sifət kimi işlənə bilən -
isim və feil kimi işlənə bilən -
isim və sifət kimi işlənə bilən -
eyni nitq hissəsinə aid olan -
11.
Hansı atalar sözlərində ismin suallarına cavab verən sifət var?
Dost dar gündə tanınar.
Dəlini zəncirlə yox, tədbirlə tutarlar.
Dəmir qapının da taxta qapıya işi düşər.
Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
Xəsis acgöz olar.
Yaxşı at özünə qamçı vurdurmaz.
Ağıllıya işarə, dəliyə kötək.
12.
Cəm şəkilçisi hansı sözlərə artırılarkən fərqli tələffüz olunur?
şəhər, oğlan, qaz, qatar, bulud, qanad, əsgər, dəniz, göl, söz,
çəmən, şəkil, ağac, qarpız, tikan, kabab
13.
Verilmiş sözlərin başlanğıc formasını göstərin
gözəlləşib, vətəndaşlığın, qeyri-sabitlikdən, dəmirçiliyin,
biliklidir, səbirsizlikdən, qarşıladıq
14.
Verilmiş frazeoloji birləşmələri cümlədə işlədin.
barmaqarası baxmaq, gözünün kökü saralmaq, baş sındırmaq,
gözdən pərdə asmaq, canına vəlvələ düşmək, gözü almaq
15.
Dialoqda buraxılmış durğu işarələrini yerinə qoymaqla köçürün.
Günlərin bir günü Bəhlul Danəndə xəlifədən soruşur:
Üzüyünün qaşı nə daşıdır
Almazdır
Çox gözəl, bəs faydası nədir Nə gəlir gətirir
Heç nə
Ancaq mənim atamdan qalma bir cüt daşım var, onunla ildə 50 qızıl qazanıram
Nə daşdır o elə
Dəyirmandaşı... Mən bu daşlarla həm çörəkpulumu çıxarıram, həm də insanlara kömək edirəm...