Eşitmə qabiliyyətindən məhrum olanların şifahi ünsiyyətini asanlaşdırmaq üçün jest dilindən istifadə olunur. Hər jest müəyyən bir anlayışı, yəni sözü ifadə edir. Lakin bu jestlərlə xüsusi isimləri, adları ifadə etmək mümkün deyil. Ona görə də belə insanlar üçün barmaq əlifbası icad edilmişdir. Burada barmaqların hər hərəkəti əlifbadakı müəyyən hərfi ifadə edir.
Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda görmə və eşitmə qabiliyyətindən məhrum olan insanlar üçün böyük işlər görülür: xüsusi məktəblər, kitabxanalar yaradılır. Bu insanların cəmiyyətin tamhüquqlu üzvü, fəal vətəndaş olması üçün dövlət onlara daim qayğı göstərir.
Yadda saxla!
|
HECA VƏ VURĞU
|
Heca tələffüz zamanı sözün asanlıqla bölünən hissəsidir: ki-tab-xa-na. Hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır: istedad, astronomiya. Bəzən sözdə vurğunun yeri dəyişdikdə məna dəyişir: soyutma - soyutma; burun - burun. |