Bəlkə də, bu atalar sözünün davamını bilənlər də var: “Söz bir olsa, zərbi kərən sındırar”. Lakin az adam bilir ki, bu sözlər ilk dəfə XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaşamış Tufarqanlı Aşıq Abbasın şeirində işlənmişdir:
Xalqın, birliyin gücünə olan inamı bundan gözəl ifadə etmək olmaz.
Vətənimiz, doğma yurdumuz, ana dilimiz haqqında biz böyük qürur və məhəbbət hissi ilə danışır, ən gözəl sözləri işlədirik. Hər bir insan öz vətənini sevir və hər bir azərbaycanlı bu sevgisindən danışarkən çox vaxt Abbas Səhhətin şeirini yada salır:
İnsanın vətənə münasibəti haqqında belə qısa, amma tutarlı deyim olduğu halda, başqa bir söz, ya ifadə axtarmağa ehtiyac varmı?! Elə şairimiz yoxdur ki, yaradıcılığında vətən, xalq, ana dili mövzusuna toxunmasın. Onların şeirlərdə səslənib dillərə düşən misralarının isə sayı- hesabı yoxdur:
Doğma vətənə, xalqa, ana dilinə məhəbbətdən yoğrulmuş bu misralar milyonların qəlbinə yol tapır, onların fikir və hislərinin ifadəçisinə çevrilir. Ancaq vətəni sevmək azdır. Onu uca tutmağı, müdafiə etməyi, lazım gələrsə, uğrunda canından keçməyi bacarmalısan. Böyük türk şairi Midhət Camal Kuntayın artıq şüara çevrilmiş şeirində deyildiyi kimi:
Doğrudan da, qara torpağı vətənə çevirən onun üzərinə tökülən şəhid qanıdır. Məhz buna görə paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən Şəhidlər xiyabanı müqəddəs ziyarətgahımız, and yerimizdir.