Yadda saxla!
|
ÇOXMƏNALI SÖZLƏR
|
Elə sözlər var ki, məcazi mənada işlənərək çoxmənalı sözlərə çevrilir. Çoxmənalı sözlər oxşar əşya, əlamət və ya hərəkəti bildirir. Belə sözlərin bir çoxu bədən üzvlərinin adları ilə bağlıdır; məsələn: ayaq (adamın ayağı, stolun ayağı), ağız (insanın ağzı, qazanın ağzı), qol (insanın qolu, çayın qolu), dil (insanın dili, pi- anonun dili) və s |
Səlim kişinin başı ağrıyırdı. Tənbəllik eləməyib evi kəndin başında olan Vahid həkimgilə yollandı. Evə çatanda qapının ağzında həkimin oğluna rast gəldi. Oğlan, deyəsən, atasının köynəyini geyinmişdi: köynəyin qolları az qala uşağın dizinə çatırdı.
-A bala, dədən haradadır? - Səlim kişi soruşdu.
- Baş həkim dedi ki, dağın başına getsin, çobanlardan kimsə xəstələnib, - deyə oğlan cavab verdi.
Səlim kişi kor-peşman kəndin ayağına, öz evinə qayıtdı.