“Əgər təslim olmasanız, ölkənizi işğal edəcəyəm. Əgər ölkənizi işğal etsəm, hər şeyinizi
əlinizdən alacağam”. Bir neçə gündən sonra sparta- lılardan cavab gəldi. Cavab bu xalqın bütün əzmini və
cəsarətini ifadə edirdi və cəmi bir sözdən ibarət idi: “Əgər...”
2.
Bu cavabla spartalılar nə demək istəyirdilər
Yunanıstanın İranla uzunsürən müharibəsində spartalılar igidliklə döyüşmüş, qəhrəmanlıqlar
göstərmişdilər. İran hökmdarı Kserks sparta- lıların igidliyindən xəbərdar idi. Güclü orduya malik olsa
da, bilirdi ki, bu kiçik xalqla döyüşdə böyük itkilər verə bilər. Buna görə də o, hücumdan əvvəl öz
elçisini Sparta sərkərdəsi Leonidin yanına göndərdi. Elçi Leonidin qarşısında uzun-uzadı nitq söyləyib
öz hökmdarının və İran ordusunun qüdrətindən söz açdı və sonda dedi:
- Bizim ordumuz o qədər böyükdür ki, əsgərlərimiz ox atsalar, Günəşin qarşısı tutular və Yer üzünə
qaranlıq çökər.
3.
Sizcə, Leonid İran elçisinə necə cavab verdi? öz cavab variantınızı düşündükdən sonra kitabı tərsinə
tutun və Leonidin cavabını oxuyun, öz variantınızla müqayisə edin.
Leonid İran elçisinin uzun və bəlağətli nitqi qarşısında bircə cümlə dedi:
- Eybi yox,qaranlıqda döyüşərik.
Düşün və cavab ver
4.
Mətni bitkin hissələrə bölün. Hər bir hissəni adlandırın
5.
Mətnə sonluq yazın
Söz ehtiyatı
6.
“Xərək” sözünün və “bəlağətli nitq” ifadəsinin mənasını izah edin.
7.
“Sparta”, “spartalı”, “qalxanla, ya da qalxan üstə”, “lakonik danışıq” söz və ifadələrindən istifadə
etməklə kiçik mətn tərtib edin.
Dil qaydaları
8*. Göy rənglə verilmiş sözlərin mənalarını mətnə əsasən
izah edin. Daha sonra həmin sözlərin digər
mənalarını müəyyənləşdirin. Bu mənalar arasında yaxınlıq varmı? Bu sözlərə
çoxmənalı söz demək olarmı?