DİL QAYDALARI ÜZRƏ TƏKRAR
1.
Aşağıdakı mətndən leksik mənası olmayan sözləri seçin.
Deyirlər ki, evdə əkilmiş gülü başqasına verməzlər. Çünki gül sevincdir. Əgər onu versən, evin sevinci
azalar. Bir də deyirlər ki, yuxuda sənə qənd, yaxud qoğal versələr, deməli, şadlıq olacaq. Axı qənd,
qoğal şirinlikdir. Ancaq yuxunu gecə nağıl etməzlər. Eləyəndə də deyərlər ki, xeyir olsun, ay çıraq,
yuxumu sənə deyirəm.
2.
Nümunəyə uyğun olaraq verilmiş sözləri həqiqi və məcazi mənada işlətməklə söz birləşmələri düzəldin.
daş, şirin, soyuq, böyük, isti, boş
Nümunə: |
ağır yük (həqiqi məna)
ağır iş (məcazi məna)
|
3.
Hansı cümlədə nöqtələrin yerinə ürək, könül, qəlb sözlərinin hər üçünü yazmaq olar?
1
.0, çox sevdiyi dostunun ... qırmaq istəmədi.
2
. Son vaxtlar özünü əziyyətə saldığından ... çox ağrıyırdı.
4.
Bayatını oxuyun və suallara cavab verin.
Əzizinəm, din barı,
Danış barı, din barı.
İgidə tab gətirməz,
Yağı tikə min barı.
•
Bayatıda qalın hərflərlə verilmiş sözlərin mənasını izah edin.
Onları omonim adlandırmaq olarmı?
•
Altından xətt çəkilmiş sözlərin hər birini müxtəlif mənada cümlədə işlədin. Bu sözlərin omonim olduğunu
əsaslandırın.
•
Qırmızı rənglə verilmiş sözlərin sinonimini tapın.
5.
Hansı bənddə eyni nitq hissəsinə aid olan omonim verilmişdir?
A) yaş B) sarı C) əqrəb D) sağ
6.
Hansı alınma söz həm də termindir
A) biznesmen B) süjet C) market D) ofis
7.
Hansı söz yalnız termin kimi işlənir?
A) xəbər B) zərf C) sifət D) samit