8.
Atalar sözlərini oxuyun və suallara cavab verin
A) Su kiçiyindir, yol böyüyün.
B)
Abbasını bəyənməyən beş şahı çıxardar.
C)
Doşab almışam, bal çıxıb.
Hansı atalar sözlərində omonim işlənmişdir?
Hansı atalar sözündə antonim sözlər işlənmişdir?
Hansı atalar sözündə arxaizm işlənmişdir?
|
ABC
ABC
ABC
|
9.
Sol sütunda verilmiş sinonim sifətlərdən hər biri qarşıdakı isim- lərdən hansı ilə işlənə bilər?
şad, şən
qaynar, qızmar
qədim, köhnə
|
uşaqlar, xəbər
su, günəş
abidə, palto
|
10.
Aşağıdakı frazeoloji birləşmələri bir sözlə ifadə edin,
aradan çıxmaq, sınağa çəkmək, ürəyinə xal düşmək,
baş sındırmaq, külünü göyə sovurmaq, yada salmaq,
canına vəlvələ salmaq
11*. Qeyd edin. Nümunəyə baxaraq
müvafiq xanalarda işarə qoyun.
1) Sonuncu sözü feil olan misralar;
2)
Sonuncu sözü isim olan misralar;
3)
Sonuncu sözü köməkçi nitq hissəsi olan misra;
4)
Sonuncu sözü sifət olan misralar;
5)
Hansı misralarda tünd hərflərlə verilmiş sözlər omonimdir?
A) Qızım, götür qələm, yaz,
B) Ölkəmizə gəldi yaz.
C) İndi də çırpıram tut,
Ç) Aç ağzını, göyə tut.
D) Gedirəm bağa sarı,
E) Almalar var al, sarı.
Ə)
Yüyəni tez mənə at,
F) Çəmənə qaçacaq at.
G) Neçə rəngə çalır göy,
Ğ) Qırmızı, al, yaşıl, göy!
“Sarı” sözünün hansı mənası şeirdə öz əksini tapmayıb?