-Alçaqlar, deyəsən, əl çəkməyəcəklər. Bir az yaxın gedə bilsəydim, qumbaranı başlarına çaxardım.
- Otur oturduğun yerdə! Bu sənin üçün “dava-dava” oyunu deyil ki, “vıy, vıy” eləyəsən, - Abbas dostuna təpindi.
-Yox, daha səbrim çatmır.
Bunu deyib Rəhim əlində qumbara səngərdən sıçradı. On-on beş addım qaçıb qumbaranı var gücü ilə düşmənə tərəf atdı. Elə həmin an əsgərlər onun kürəyini deşib çıxan güllələri gördülər. Rəhim yerə sərildi.
Lakin Abbas gizirin əlini itələyib səngərdən çıxdı. Düşmən güllələri qulağının dibində vıyıldayırdı. Amma Abbas heç nəyə fikir vermirdi. Özünü Rəhimə çatdırıb onun başını qaldırdı və üzünə baxdı. Sonra dostunu bağrına basdı. Sanki gec də olsa, onu düşmən güllələrindən qorumaq istəyirdi.
Birdən atəş səsləri kəsildi. Üz-üzə dayanmış əsgərlər qeyri-ixtiyari barmaqlarını avtomatların tətiyindən çəkib bu mənzərəni seyr edirdilər. Ortaya çökmüş bu sükut sanki əsgər qardaşlığına ehtiram sükutu idi.
Abbas dostunu çiyninə qaldırıb səngərə doğru irəlilədi. Düşmən özünə gəlib yenidən atəş açmağa başlayanda o artıq səngərdə idi.
Gizir əlini hərəkətsiz qalmış Rəhimin boğazına qoydu. Başını bulayıb Abbasa dedi: