Gəmidəkilər elə bildilər ki, o, çarəsizlikdən belə deyir. Lakin südsatan sözünə davam edəndə hər şeyi başa düşüb meymunu dinc buraxdılar.
Südçü məsələni belə açıqladı:
- Mən bu qızılları süd satmaqla qazanmışam. Ancaq satdığım südə yarı-yarıya su qatırdım. İndi baxıram ki, meymun Tanrının rizası ilə hərəkət edir: sudan qazandığımı suya atır, süddən qazandığımı özümə qaytarır...
Yadda saxla!
|
LEKSİK VƏ QRAMMATİK ŞƏKİLÇİLƏR
|
Sözün kökünə qoşulmaqla yeni söz yaradan şəkilçilərə leksik şəkilçilər deyilir. Leksik şəkilçilər sözün leksik mənasını dəyişir; məsələn: boş - içində heç nə olmayan, boşal(maq) - boş qalmaq. Qrammatik şəkilçilər sözün leksik mənasını dəyişmir, sözlər arasında əlaqə yaratmağa xidmət edir; məsələn: Bakının küçələri, otaqdan çıxmaq. |
mənzil, dəhliz şəhər, get |
uşaq, paltar küçə, keç |
stadion, oyna dəniz, üz |
-ça2, -ınc4, -lıq4, -çı4, -lı4