- Niyə belə gecikmisən? - deyə hökmdar soruşdu.
- Bağışlayın, gələ-gələ qarşıma çıxan daş və çınqıl parçalarını kənara atır, yolu təmizləməyə çalışırdım. Bu qızıl kisəsini həmin daş qalaqlarından birinin altından tapdım. Bu qızıllar, yəqin ki, sizə çatmalıdır.
Bunu deyib yolçu əlindəki qızıl kisəsini hökmdara uzatdı. Hökmdar gülümsəyərək cavab verdi:
- O qızılların sahibi sənsən
Yolçu təəccübləndi:
- Ey hökmdar, mənim heç vaxt bu qədər sərvətim olmayıb.
- Əlindəki qızıllar yolla ən gözəl gedən insan üçün elan etdiyim mükafatdır. Bu qızılları mənim göstərişimlə daş qalaqlarının altına qoymuşdular. Mənim fikrimcə, yolla gözəl gedən adam arxasınca gələnlər üçün maneələri aradan qaldıran insandır. Sən bunu etdin. Deməli, yarışın qalibi sənsən. Mükafat da sənə çatır.
A)
yola düzəlmək B) yola gəlmək |
C) yolu əlinə almaq D) yola düşmək |
Yadda saxla!
|
BİR CÜR YAZILAN ŞƏKİLÇİLƏR
|
Dilimizdə elə şəkilçilər var ki, qoşulduğu sözün son saitindən asılı olmayaraq həmişə eyni cür yazılır: zəhmətkeş, azarkeş. Bu şəkilçilərin çoxu dilimizə başqa dillərdən keçmişdir. Bir cür yazılan şəkilçilər leksik şəkilçilərdir. |