Düşün və cavab ve
2.
Mətnə əsasən limon bitkisi haqqında nəyi demək olmaz?
A)
Susevən bitkidir.
B)
Yarpaqları tünd-qırmızı rəngdədir.
C)
Çiçəkləri sarıya çalır.
D)
May ayında çiçək açır.
3.
Əsərin ideyasını bir sözlə ifadə edin
4.
Mətnin giriş, əsas və nəticə hissələrini müəyyən edin.
Yazı
5.
Təmsildəki ağac və çiçək obrazlarını insan obrazları ilə əvəz edərək eyni mövzuda hekayə yazın.
Dil qaydaları
6.
Göy rənglə verilmiş sözlərin kökünü müəyyən edin.
•
-na şəkilçisi söz kökünün mənasını necə dəyişdirir?
•
Bu sözlərin kökünə hansı şəkilçi artırılsa, eynimənalı söz alınar?
A) -lı4 B) Jar2 C) -m4 D) -sız4
•
-na şəkilçisini başqa hansı sözlərə artırmaq olar
xoş, kiçik, təmiz, razı, sarı, şükür
Yadda saxla!
|
SÖZÖNÜ ŞƏKİLÇİLƏR
|
Şəkilçilərin çoxu sözün sonuna artırılır. Lakin elə şəkilçilər də var ki, söz kökünün
əvvəlinə artırılır. Bu şəkilçilər dilimizə başqa dillərdən keçmiş leksik şəkilçilərdir
və ahəng qanununa tabe olmadan bir cür yazılır; məsələn: bixəbər, antivirus.
|
7. Uyğunluğu müəyyən edin.
bi-
na-
ba-
anti-
a-
|
məzə
normal
faşist
ədəb
layiq
|
8*. Müzakirə. Azərbaycan dilində soyadları
müxtəlif şəkilçilər vasitəsilə düzəlir: -ov
(-yev), -lı (-li, -lu, -lü), -zadə: Əkbərov, Tanrıverdiyev, Qaraxanlı,
Dəmirli, Hüseynzadə.
Bu soyad şəkilçilərindən hansı türk mənşəlidir? Fikrinizi əsaslandırın.