T ə c r ü b ə
1
Ammonyak qazının alınması, toplanması və təyini.
Təchizat: çini kasa, çay qaşığı, NH
4Cl, Ca(OH)
2, şüşə çubuq, iki sınaq şüşəsi, iki
ştativ, tıxac, qazaparan boru, spirt lampası, fenolftalein məhlulu (qeyd: təcrübələr sorucu
şkafda aparılmalıdır!!!).
İşin gedişi: çini kasada hər biri bir çay qaşığı miqdarında ammonium-xlorid və kalsiumhidroksidi
şüşə çubuqla yaxşı-yaxşı qarışdırın və sınaq şüşəsinə tökün. Sınaq şüşəsini
qazaparan boru keçirilmiş tıxacla bağlayın və borunun ucunu ağzı aşağı bərkidilmiş digər
quru sınaq şüşəsinə salın. Sonra içərisində qarışıq olan sınaq şüşəsini qaz qabarcıqları
ayrılanadək asta-asta alovla qızdırın. İkinci sınaq şüşəsinin ammonyakla dolmasını
müəyyən etmək üçün arabir fenolftalein məhlulu ilə isladılmış kağız vasitəsilə yoxlayın.
İkinci sınaq şüşəsi ammonyakla dolduqdan sonra qazaparan borudan çıxardın və ağzını baş
barmağınızla bağlayın və onu ağzı aşağı vəziyyətdə qabdakı suyun içərisinə daxil edib
barmağınızı götürün. Baş verən hadisəni müşahidə edin.
Sonra suyun altında sınaq şüşəsinin ağzını yenidən barmağınızla bağlayıb şüşəni su qabından
çıxardın. Sınaq şüşəsini çevirin və oraya 1–2 damcı fenolftalein məhlulu əlavə edin.
Nəticəni müzakirə edək:
– Sınaq şüşəsindəki qarışığı alovla qızdırdıqda nə müşahidə etdiniz?
– Nə üçün sınaq şüşəsini ağzı aşağı vəziyyətdə suya saldıqda su sınaq şüşəsinə daxil olur?
– Sonda sınaq şüşəsinə 1–2 damcı fenolftalein məhlulu əlavə etdikdə nə baş verir?
Bunun səbəbi nədir?
– Baş verən reaksiyanın tənliyini yazın və onu reaksiyaların öyrəndiyiniz əlamətlərinə
görə xarakterizə edin.
– Təcrübə zamanı ammonyak qazının hansı fiziki xassələrini müşahidə etdiniz?
T ə c r ü b ə
2
Kimyəvi reaksiya vasitəsilə sübut edin ki, ağzıbağlı qablarda sizə verilən maddə məhz
a) ammonium-xloriddir;
b) ammonium-nitratdır;
c) naşatır-spirtidir.
Yerinə yetirdiyiniz reaksiyaların molekulyar və ion tənliklərini tərtib edin.
T ə c r ü b ə
3
Qısa ion tənlikləri
a, b və
c-dəki kimi olan reaksiyaları həyata keçirin:
a) H
+ + OH
– = H
2O;
b) Ag
+ + I
– = AgI;
c) Ca
2+ + 2F
– = CaF
2
Yerinə yetirdiyiniz reaksiyaların molekulyar və ion tənliklərini tərtib edin.
T ə c r ü b ə
4
Hər birində məhlul olan üç sınaq şüşəsi verilmişdir. Sınaq şüşələrinin hansında xlorid
turşusu, hansında sulfat turşusu və hansında natrium-hidroksid olduğunu müəyyən
edin. Müvafiq reaksiyaların molekulyar və ion tənliklərini yazın.