30
Fəaliyyət
Azotlu gübrənin təyini
Təchizat: iki sınaq şüşəsi, ammonium şorası, su, NaOH məhlulu, mis məftil, qatı sulfat
turşusu, spirt lampası, lakmus kağızı.
İşin gedişi: içərilərində 0,5 q ammonium şorası olan iki sınaq şüşəsinin hər birinə 2–3
ml
su əlavə edib duzu həll edin.
1-ci sınaq şüşəsinə NaOH məhlulu, 2-ci sınaq şüşəsinə qatı sulfat turşusu və mis yonqarı
əlavə edib hər ikisini zəif qızdırın və müşahidə aparın.
Bir qədər sonra birinci sınaq şüşəsinin ağzına nəm qırmızı lakmus kağızını yaxınlaşdırın
və baş verən dəyişikliyə diqqət yetirin.
Nəticəni müzakirə edin:
– Qızdırdıqda sinaq şüşələrində nə baş verdi?
– Birinci sınaq şüşəsinin ağzında lakmus kağızı hansı rəngə boyandı?
– Hər bir sınaq şüşəsindən ayrılan maddənin xüsusiyyəti nədən ibarətdir?
– Azotlu gübrə kimi KNO
3 götürsək, hər iki sınaq şüşəsindəki hadisələr təkrarlanarmı?
– Sınaq şüşələrində baş verən reaksiyaların tənliklərini tərtib edin.
Bitkilərin tərkibinə 70-dən çox müxtəlif kimyəvi element daxildir. Lakin onlardan bitkilərin normal
inkişafı üçün 16-nın rolu daha böyükdür. Bitkilər bu elementlərdən bir qismini fotosintez prosesində,
digərlərini isə torpaqdan mənimsəyir.
Bitkilərin normal inkişafı üçün lazım olan elementlərə qida elementləri
deyilir.
Tərkibində bitkilər üçün qida elementləri olan birləşmələr, əsasən də duzlar –
mineral gübrələrdir.
Bilik qutusu • Bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O,
H, N, P, K, Ca,
Mg, Fe, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə
makrogübrələr
və ya
adi gübrələr deyilir.
Bitkilər üçün cüzi miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.)
mikroelementlər,
tərkibində həmin elementlər olan gübrələr isə
mikrogübrələr adlanır.
Karbon, hidrogen və oksigen elementlərini nəzərə almasaq, makroelementlərdən, əsasən, 3 element - azot,
fosfor və kalium bitkilərə daha çox miqdarda lazımdır. Bunlara əsas qida elementləri deyilir.
Təsnifatı. Əsas qida elementinə görə mineral gübrələr azotlu, fosforlu və kaliumlu olur. Mənşəyinə görə gübrələr
mineral və üzvi (peyin, quş zılı və s.) gübrələrə ayrılır.
Tərkibinə görə mineral gübrələr sadə və kompleks gübrələrə ayrılır (bax: cədv. 30.1).