33
Karbonun iki oksidi məlumdur: karbon-monooksid CO və karbon-dioksid CO2.
Fəaliyyət
Karbon qazının alınması və xassələri
Təchizat: mərmər qırıntıları, xlorid turşusu, əhəng suyu, qazaparan boru, 3 sınaq
şüşəsi,
stəkan, kibrit, çöp, distillə suyu, lakmus məhlulu.
İşin gedişi: sınaq şüşəsində 2–3 mərmər qırıntısının üzərinə 2–3 ml xlorid turşusu
əlavə
edin. Ayrılan karbon qazının bir hissəsini stəkana toplayın, o biri hissəsini ikinci sınaq
şüşəsindəki distillə suyundan keçirin, qalan hissəsini 3-cü sınaq şüşəsindəki əhəng suyundan
2–3 dəqiqə ərzində keçirin və borunu əhəng suyundan çıxarın. Distillə suyu olan sınaq
şüşəsinə 1–2 damcı lakmus məhlulu əlavə edin, ağac çöpünü yandırıb stəkana daxil edin.
Stəkanda, distillə suyunda və əhəng suyunda baş verən dəyişikliklərə diqqət yetirin.
Nəticəni müzakirə edin:
– Karbon qazı haradan yarandı? Təcrübələrdə onun hansı xassələrini müşahidə etdiniz?
– Distillə suyundan karbon qazını keçirdikdə nə baş verir? Cavabınızı əsaslandırın.
– Nə üçün karbon qazını əhəng suyundan keçirdikdə məhlulda bulantı əmələ gəlir?
Karbon-monooksid CO (karbon(II) oksid, dəm qazı).
Quruluşu. Karbon-monooksidın quruluş formulu belə göstərilir:
Üçqat rabitədə üçüncü rabitə (←) donor-akseptor mexanizmi üzrə əmələ gəlir:
O atomu elektron cütünün donoru, C atomu isə elektron cütünün akseptorudur.
Karbon-monooksiddə karbonun və oksigenin valentliyi III, oksidləşmə dərəcəsi isə
müvafiq olaraq +2 və –2-dir.
Alınması. Laboratoriyada karbon-monooksid əsas etibarilə qarışqa turşusunu
qatı sulfat turşusu ilə qızdırmaqla alınır:
Sənayedə CO generator qazı və su qazı şəklində alınır.
Bilik qutusu • Közərdilmiş kömür üzərindən hava (O
2 + 4N
2)
keçirdikdə,əsasən, CO və N
2 qazlarından ibarət generator
qazı, su buxarı keçirdikdə isə
su qazı əmələ gəlir:
Bərk yanacağın qaz yanacağına çevrilməsi
yanacağın qazlaşdırılması adlanır.
Təmiz karbon-monooksid tənliyi üzrə alınır.
Fiziki xassələri. Karbon-monooksid – rəngsiz, iysiz, havadan bir az yüngül, çox
zəhərli, aşağı temperaturda (–191,5°C) mayeləşən qazdır. Suda az həll olur.