– | Hansı maddə bitkilərin budaq və gövdələrinə, heyvanların mühafizə örtüklərinə möhkəmlik verir? |
a və b modellərinə əsasən suallara cavab verin: |
|
– | CO2 və SiO2-nin kristal qəfəslərinin düyünlərində hansı hissəciklər yerləşir? |
– | Hansı kristal qəfəsdə bu hissəciklər arasındaki rabitə kovalent rabitədir? |
– | “Quru buz”un sublimasiyaya uğramasını necə izah edərdiniz? |
– | Sizcə, SiO2, yoxsa (SiO2)n formulu a quruluşunu daha düzgün ifadə edir? |
Təbiətdə yayılması. Silisium(IV) oksid və ya silisium-dioksid təbiətdə, əsasən, qum şəklində rast gəlinir. Müxtəlif qatışıqlar, əsasən, dəmir oksidləri quma sarı rəng verir. Silisium-dioksidin saf kristallarına kvars deyilir. Təbiətdə onun müxtəlif növlərinə – aqat, yaşma, ametist, opal, həmçinin böyük kristalları olan dağ bülluru rast gəlinir.