Karbon-monooksid haqqında səhv ifadəni müəyyən edin.
A) havadan yüngül qazdır
C) iysiz, rəngsiz qazdır
E) çox zəhərlidir
B) qanın hemoqlobini ilə birləşir
D) turşu oksiddir
Sxemləri dəftərinizə köçürün və tamamlayın.
Karbon-dioksid haqqında hansı ifadə səhvdir?
A) əhəng suyu ilə təyin olunur
B) maqneziumla reaksiyaya daxil olur
C) metal oksidlərinin reduksiyasında istifadə edilmir
D) təbiətdə fotosintez yolu ilə əmələ gəlir
E) su ilə reaksiyası dönərdir
Mümkün olan reaksiyaların sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Karbon elementinə aid ifadələri müəyyən edin.
1. ən bərk təbii maddə əmələ gətirir
3. atomu 2 tək elektrona malikdir
5. metal oksidləri reduksiya edir
2. ən çox sayda birləşmə əmələ gətirir
4. bir neçə allotrop forması mövcuddur
6. metallarla karbidlər əmələ gətirir
Hidrokarbonatların karbonatlara çevrilməsi mümkün olan reaksiyaların sxemlərini
dəftərinizə köçürün və tamamlayın.
Metasilikat turşusu haqqında doğru ifadələri müəyyən edin.
1. qızdırıldıqda iki oksidə parçalanır
2. karbonat turşusundan zəifdir
3. suda kolloid məhlul əmələ gətirir
4. natrium və kalium duzları həllolan şüşə adlanır
5. silisium-dioksidin su ilə birləşməsindən alınır
Mümkün olan reaksiyaların sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Adi şüşənin tərkibini və onun alınması zamanı baş verə bilən reaksiyaları göstərin.
400 q mis(II) oksidin tam reduksiyasına neçə litr CO (n.ş.) sərf olunar? Mr(CuO) = 80.