– | Sizcə, qapalı zəncirli karbohidrogen molekulunda ən azı neçə karbon atomu olar? |
Üzvi birləşmələrin təsnifatına aid sxemdən (bax: səh. 149) bilirsiniz ki, tsikloheksan və benzol tsiklik karbohidrogenlərə aiddir.
a) | İçərisində 5–6 ml benzol olan iki sınaq şüşəsindən birinə 1–2 ml bromlu su, digərinə 1–2 ml duru KMnO4 məhlulu əlavə edib sınaq şüşələrini çalxalayın və müşahidə aparın. Eyni təcrübələri tsikloheksanla həyata keçirin və müşahidə aparın. |
b) | İki çini kasadan birinə 2-3 ml tsikloheksan, digərinə o qədər benzol töküb mayeləri yandırın və müşahidə aparın. |
• Molekullarında karbon atomları bir-biri ilə birqat rabitə ilə birləşmiş tsiklik karbohidrogenlər tsikloparafinlər adlanır.
Beynəlxalq nomenklaturada tsikloparafinlər tsikloalkanlar adlanır. Tsikloalkanların homoloji sırasının 1-ci nümayəndəsi tsiklopropandır C3H6.
Etilen sırası karbohidrogenləri kimi onların da ümumi formulu CnH2n-dir (n≥3), nisbi molekul kütlələri də eyni 14n ifadəsi ilə hesablanır.
Tsikloalkanların adları tsikldəki C atomlarının sayı qədər karbon atomu olan alkanın adının qarşısına “tsiklo” önşəkilçisi əlavə etməklə düzəlir; məsələn: