A) yanacaq kimi istifadə edilir
B) həlledicilərin alınmasında istifadə olunur
C) molekulu tetraedr şəklindədir
D) tərkibində kütləcə 25% H və 75% C var
E) molekulunda 4 ədəd qeyri-polyar rabitə mövcuddur
Etilen haqqında səhv ifadəni müəyyən edin.
A) etanoldan almaq mümkündür
B) molekulu müstəvi quruluşa malik deyil
C) polietilen əmələ gətirir
D) doymamış karbohidrogendir
E) hidratlaşma reaksiyasına uğrayır
Buxarının hidrogenə görə sıxlığı 35 olan alkenin formulunu müəyyən edin.
А) C4H8 B) C5H10 C) C6H12 D) C3H6 E) C7H14
Asetilen haqqında doğru ifadələri müəyyən edin.
1. molekulu xətti quruluşludur
3. 1 molu 2 mol H2 ilə etan əmələ gətirir
5. kalsium-karbiddən almaq olur
2. Su ilə etil spirti əmələ gətirir.
4. havada hisli alovla yanır
6. metandan almaq olur
Tsiklopropan və benzola aid səhv ifadəni müəyyən edin.
A) molekullarının karbon zənciri qapalıdır
B) birinin tərkibi CnH2n formuluna uyğundur
C) birinin molekulunda yalnız σ-rabitələr mövcuddur
D) birinin buxarı zəhərlidir
E) hər ikisi aromatik karbihidrogenlərə aiddir
Doğru ifadələri müəyyən edin.
1. neftin ilkin emalı fiziki prosesdir
2. neftin ikinci emalında kimyəvi proseslər baş verir
3. krekinq prosesində böyük molekullar kiçik molekullara parçalanır
4. ikinci emalın məqsədlərindən biri neftdən benzinin çıxımını artırmaqdır
5. benzin fraksiyasına C12–C18 tərkibli karbohidrogenlər daxildir
Sxemləri dəftərinizə köçürün və tamamlayın.
0,05 mol alkanın tam yandırılmasından 3,36 l (n.ş.) CO2 alınmışdır. Alkanın molekul
formulunu müəyyən edin.
Tənliyi dəftərinizə köçürün, əmsallaşdırın və hər bir maddənin kütləsini C atomlarının
sayı (n) ilə ifadə edib tənlikdə uyğun formulun altında yazın. Mr(O2) = 32, Mr(CO2) = 44,
Mr(H2O) = 18.
CnH2n + О2 → CО2 + H2О
Naməlum alkinin 2,7 qramını tam hidrogenləşdirdikdə 0,2 q hidrogen sərf olunduğunu
nəzərə alaraq alkinin molekul formulunu müəyyən edin.