– | Məişətdə ərpi təmizləmək üçün hansı maddədən istifadə olunur? |
– | Hansı maddə həm qida əlavəsi, həm də konservant kimi istifadə edilir? |
Doymuş birəsaslı (tərkibində bir ədəd -COOH qrupu olan) karbon turşularının ən sadə nümayəndələri qarışqa və sirkə turşularıdır:
(a) Qarışqa və sirkə turşusu molekullarının quruluş formulları və mil-kürəcik modelləri
Alınması. Sirkə turşusu bir neçə üsulla alınır. Onlardan iqtisadi cəhətdən əlverişlisi butanın katalizator iştirakında havanın oksigeni ilə oksidləşdirilməsidir:
Fiziki xassələri. Sirkə (asetat, etan) turşusu adi temperaturda xarakterik kəskin iyli, rəngsiz mayedir. Su ilə istənilən nisbətdə qarışır; suda 3–9%-li məhlulu sirkə (süfrə sirkəsi), 70-80%-li məhlulu isə sirkə essensiyası adı ilə məlumdur.