– | Dəvə ay yarım susuzluğa dözə bilir. Bunun səbəbi, sizcə, nə ola bilər? |
– | Meyvələrdən, eləcə də ətir və odekolonlardan gələn xoş iy onların tərkibində hansı maddələrin olması ilə əlaqədardır? |
a) | İki sınaq şüşəsində hazırlanmış sabunun suda məhlulundan birinin üzərinə 1–2 damcı fenolftalein məhlulu əlavə edin. 3-cü sınaq şüşəsində tərkibində kalsium və maqneziumun həllolan duzları olan 4–5 ml məhlul hazırlayın və onun üzərinə 2-ci sınaq şüşəsindəki sabun məhlulunu damcı-damcı əlavə edin. Hər iki halda baş verən dəyişiklikləri müşahidə edin. |
b) | Çini kasada 1–2 q kərə yağı götürün və üzərinə 7–10 ml qələvi məhlulu əlavə edib qarışığı 15–20 dəqiqə qaynadın. Vaxtaşrı şüşə çubuqla qarışığı qarışdırın və kasadan buxarlanmış suyun əvəzinə yeni su əlavə edin. Sabunlaşma prosesi tam qurtardıqdan sonra kasaya NaCl məhlulu əlavə edib onu 1–2 dəqiqə qaynadın və müşahidə edin. |
• Karbon turşularının spirtlərlə qarşılıqlı təsirindən əmələ gələn üzvi maddələr mürəkkəb efirlər, bu reaksiyalar isə efirləşmə reaksiyaları adlanır:
Efirləşmə reaksiyası dönər reaksiyadır və qatı H2SO4-ün iştiraki ilə baş verir.
Mürəkkəb efirin ümumi formulunu belə göstərmək olar:
Birəsaslı karbon turşularının kiçik molekul kütləli mürəkkəb efirləri suda həllolan, sudan yüngül, uçucu mayelərdir. Mürəkkəb efirlərin çoxu xoşagələn meyvə iylidir.
Mürəkkəb efirlər çiçəklərdə, meyvələrdə, giləmeyvələrdə olur. Bitkilərin xüsusi iyi məhz onların tərkibində mürəkkəb efirlərin olması ilə əlaqədardır (a,b, c).
Mürəkkəb efirlərdən həlledici kimi istifadə olunur. Mürəkkəb efirlər meyvə essensiyaları şəklində digər ətirli maddələrlə yanaşı, meyvə şirələrinin, sərinləşdirici içkilərin və qənnadı məmulatlarının istehsalında, ətir və odekolon hazırlanmasında işlədilir.