• Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılması korroziya adlanır (latınca “korrodere”– aşınma).
– | Birinci 3 sınaq şüşəsində göstərilənlər əsasında deyə bilərsinizmi hansı iki amil korroziyanın baş verməsini şərtləndirir? |
– | Xörək duzu məhlulunun iştirakı korroziyanın sürətini necə dəyişir? |
– | Turşu məhlulunun iştirakı korroziyanın sürətinə necə təsir göstərir? |
Hər il ətraf mühitin təsirindən metal konstruksiyaların, maşın hissələrinin və s.-nin paslanması nəticəsində dəmir məmulatların 25%-i sıradan çıxır. Bununla yanaşı, metalların dağılması ciddi ekoloji problemlər də yaradır. Korroziya nəticəsində dağılmış boru xətlərindən qazın, neftin və zərərli məhsulların sızması ətraf mühitin çirklənməsinə səbəb olaraq insanların sağlamlığına və həyatına mənfi təsir göstərir. Ona görə də metal və ərintilərin korroziyadan mühafizəsi böyük əhəmiyyət kəsb edir.
Korroziyaya misal olaraq dəmirin havanın oksigeni ilə qarşılıqlı təsirini göstərmək olar. Bu zaman dəmirin səthi onun oksidindən ibarət təbəqə ilə örtülür:
Korroziya ləng gedən kimyəvi prosesdir; lakin fəal metallarla, o, sürətlə baş verir. Bəzi metallar isə, məsələn, qızıl (Au), platin (Pt) ümumiyyətlə korroziyaya uğramır.
Korroziyanın sürəti metalın aktivliyi ilə yanaşı, onun səthində əmələ gələn oksid təbəqəsinin xassələrindən də asılıdır. Məsələn, Mg, Al, Zn və Cr kimi fəal metalların səthində yaranan oksid təbəqəsinin çox davamlı və qaz keçirməyən olması bu metalları sonrakı korroziyadan qoruyur.