– | Ət, yumurta, süd, lələk: bunları birləşdirən nədir? |
a) | 2–3 ml zülal məhluluna sınaq şüşəsində əvvəlcə bir o qədər NaOH məhlulu, sonra 1–2 ml mis kuporosunun məhlulunu damcı-damcı əlavə edin və müşahidə aparın. |
b) | Yumurta zülalını suda həll edin və onun 4–5 ml-ni sınaq şüşəsində məhlul qaynayana qədər qızdırın və müşahidə aparın. Sınaq şüşəsini soyudun və məhlulu iki dəfə durulaşdırın. |
• Zülallar (polipeptidlər) – aminturşu qalıqlarından ibarət üzvi birləşmələrdir.
• Molekullarında amin (–NH2) və karboksil (–COOH) qrupu olan üzvi birləşmələr – aminturşulardır.
Aminturşulara karbon turşularının karbohidrogen radikalında H atomunun əsasi xassəli –NH2 qrupu ilə əvəzolunmuş törəmələri kimi baxılır; məsələn:
Əsasi (–NH2) və turşu (–COOH) funksional qrupları vasitəsilə aminturşular bir-biri ilə qarşılıqlı təsirdə olub polimerlər – zülallar əmələ gətirir:
Reaksiya nəticəsində əmələ gələn atomlar qrupu peptid və ya amid qrupu, C–N rabitəsi isə peptid (amid) rabitəsi adlanır. Polimer molekulunda bu rabitə çox sayda təkrarlandığından polimer polipeptid adlanır.