– | İpək, pambıq, oduncaq, zülallar, nuklein turşuları, uşaq oyuncaqları. Sizcə, bunlar arasında nə kimi əlaqə ola bilər? |
• Molekulları çoxlu sayda təkrarlanan atomlar qrupundan ibarət olan maddələr polimer və ya irimolekullu birləşmələr adlanır.
Polimerləri polimerləşmə və polikondensləşmə reaksiyaları üzrə alırlar.
• Monomer molekullarının bir-biri ilə birləşib irimolekullu birləşmə əmələ gətirməsi reaksiyalarına polimerləşmə reaksiyaları deyilir.
Polimerləşmə reaksiyası, əsasən, doymamış birləşmələr üçün xarakterik olub, başlanğıc molekullarda ikiqat, üçqat rabitələrin qırılması hesabına baş verir; məsələn, etilenin polimerləşmə reaksiyasının sxemi qısa şəkildə belə göstərilir:
Polimerləri əmələ gətirən kiçikmolekullu birləşmələr monomer adlanır.
Makromolekulda çoxlu sayda təkrarlanan eyni quruluşlu atomlar qrupuna quruluş vahidi və ya monomer halqası deyilir. Makromolekulda quruluş vahidinin sayı (n) polimerləşmə dərəcəsi adlanır. Quruluş vahidinin “nisbi molekul kütləsi”ni Mr ilə işarə etsək, polimerin nisbi molekul kütləsi Mr(polimer) = Mr · n ifadəsi ilə hesablanar.