Terminlər və kimyəvi anlayışlar
Adsorbsiya – bərk maddələrin səthi tərəfindən qazların və həll olmuş maddələrin udulması.
Ağır metal – sıxlığı 5 q/sm
3-dən böyük olan metal.
Aldehidlər – molekullarında karbohidrogen radikalı ilə birləşmiş aldehid (CHO) qrupu olan
üzvi maddələr.
Alkanlar – C
nH
2n+2 formuluna malik karbohidrogenlər.
Alkadienlər – molekullarında karbon atomları arasında iki ədəd ikiqat rabitə olan karbohidrogenlər.
Alkenlər – molekullarında karbon atomları arasında bir ədəd ikiqat rabitə olan karbohidrogenlər.
Alkinlər – molekullarında karbon atomları arasında bir ədəd üçqat rabitə olan karbohidrogenlər.
Alüminotermiya – oksidlərindən metalların alüminiumla reduksiyası prosesi.
Alümosilikatlar – tərkibində alüminium-oksid olan silikatlar.
Amalqama – metalın civədə həll olması nəticəsində alınan ərinti.
Aminturşular – molekullarında amin (–NH
2) və karboksil (–COOH) qrupu olan üzvi birləşmələr.
Ammonyaklı su və ya naşatır spirti – ammonyakın suda məhlulu.
Anod – müsbət yüklü elektrod.
Aromatik karbohidrogenlər – molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlər.
Asetatlar – sirkə (CH
3COOH) turşusunun duzları.
Asanəriyən metal – 1000°C-dən aşağı temperaturda əriyən metal.
Azotlu gübrə – tərkibində azot qida elementi olan gübrə.
Berillium yarımqrupu elementləri – IIA yarımqrupunun metalları.
Bor yarımqrupu elementləri – IIIA yarımqrupunun elementləri.
Cod su – tərkibində Ca
2+ və Mg
2+ ionlarının miqdarı çox olan su.
Codluq dərəcəsi – 1 litr suda olan Ca
2+ və Mg
2+ kationlarının millimollarının sayı.
Çətinəriyən metal – 1000°C-dən yuxarı temperaturda əriyən metal.
Çuqun – tərkibində 2%-dən 4%-ə qədər karbon, həmçinin az miqdarda silisium, manqan,
fosfor və kükürd olan dəmir ərintisi.
Denaturasiya – zülalın ikinci və üçüncü quruluşunun dağılması.
Efirləşmə reaksiyaları – karbon turşuları ilə spirtlər arasında baş verən reaksiyalar.
Elektroliz – sabit elektrik cərəyanının təsiri ilə elektrodlarda baş verən oksidləşmə-reduksiya
reaksiyaları.
Elektrometallurgiya – metal birləşməsinin ərintisindən metalın elektrolizlə reduksiyası.
Ərintilər – iki və daha artıq metaldan, yaxud metal və qeyri-metaldan ibarət sistemlər.