– | Sizcə, sönmüş əhəngin və əhəng suyunun tərkibinə kalsiumun hansı birləşməsi daxildir? |
– | Əhəng suyundan hansı qazın təyinində istifadə olunur? |
Kalsiumun əksər birləşmələri sənayedə CaCO3 tərkibli minerallardan alınır. Kalsium-karbonata təbiətdə təbaşir, əhəngdaşı və mərmər şəklində rast gəlinir. Ondan sönməmiş əhəng, karbon-dioksid, soda, çuqun və polad, şüşə, sement istehsalında, tikinti işlərində, torpaqların turşuluğunu azaltmaq üçün istifadə edilir.
Kalsiumun birləşmələrindən CaO, Ca(OH)2, CaSO4·2H2O və CaC2 ilə tanış olaq.
Kalsium-oksid (texniki adı sönməmiş əhəng) – ağ, çətinəriyən maddədir (tər.= 2570°C). CaO əsasi oksiddir. Sənayedə əhəngdaşının, təbaşirin 1000–1200°C-də parçalanmasından alınır:
Kalsium-oksiddən əsas etibarilə sönmüş əhəng və kalsium-karbid almaq üçün istifadə edilir:
Kalsium-hidroksid Ca(OH)2 qələvilərə aiddir. O, sönmüş əhəng, əhəng südü və əhəng suyu şəklində istifadə edilir.
1. Sönmüş əhəng – suda az həll olan (20°C-də bir litr suda 1,56 q) boz rəngli tozdur. Onun qum, su ilə qarışığı tikinti və ya əhəng məhlulu adlanır və tikinti işlərində istifadə edilir. Tikinti məhlulunun bərkiməsi aşağıdakı tənliklər üzrə baş verir:
2. Əhəng südü – südə oxşayan asılqan olub sönmüş əhəngin su ilə qarışdırılmasından alınır. Ondan xlorlu əhəngin alınmasında, müvəqqəti codluğun aradan qaldırılmasında, şəkər istehsalında, bitki xəstəliklərinə qarşı mübarizə vasitələrinin hazırlanmasında, binaların və ağacların gövdələrinin ağardılmasında istifadə edilir.
3. Əhəng suyu – kalsium-hidroksidin şəffaf məhlulu olub əhəng südünü süzməklə alınır. Laboratoriyada ondan karbon-dioksidi təyin etmək üçün istifadə edilir: