– | Hər iki reaksiyada kimyəvi reaksiyaların hansı əlamətlərini müşahidə etdiniz? |
– | Turşu və qələvi ilə reaksiyaya daxil olan maddələr necə adlanır? |
– | Sizcə, alüminiumun oksid və hidroksidi də turşu və qələvi ilə reaksiyaya daxil olurmu? |
– | Alüminiumun belə xassələrə malik olmasını onun dövri sistemdə yerləşməsi ilə necə əlaqələndirə bilərsiniz? |
Alüminium bor yarımqrupu elementlərinə aiddir; yarımqrupa həmçinin bor B, qallium Ga, indium In və tallium Tl daxildir. Bu elementlər p-elementləridir. Onların atomlarının xarici energetik səviyyəsində 3 elektron (ns2np1) vardır. Ona görə onlar bu 3 elektronu verib birləşmələrində +3 oksidləşmə dərəcəsi göstərir.
Bor yarımqrupu elementlərinin metallıq xassələri eyni dövrdə yerləşmiş Be yarımqrupu elementlərinə nisbətən zəifdir.
Yarımqrupda bordan talliuma doğru elementlərin metallıq xassələri artır: B – qeyri-metal, Al – ikili xassəli (amfoter) metal, In və Tl isə metallardır.
Bor yarımqrupu elementlərinin hamısı R2O3 tipli oksidlər əmələ gətirir. Bu oksidlərə R(OH)3 tərkibli hidroksidlər uyğundur. Onlardan B(OH)3 və ya H3BO3 – turşudur, Al(OH)3, Ga(OH)3 və In(OH)3 – amfoter xassəli hidroksidlərdir.
Alüminium və onun birləşmələriKəşfi. Alüminiumu ilk dəfə təmiz halda 1827-ci ildə alman alimi Völer alüminium- xloridin havasız mühitdə kaliumla reduksiya edilməsi ilə almışdır.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Alüminium 3-cü dövr, III qrupun əsas yarımqrup elementidir. Onun atomu 1s22s22p63s23p1 elektron formuluna malikdir.
Təbiətdə yayılması. Təbiətdə yayılmasına görə alüminium elementlər arasında 3-cü, metallar arasında isə 1-ci yeri tutur. Təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Ən mühüm birləşmələri alümosilikatlar, boksit Al2O3·nH2O, korund Al2O3 , kriolit Na3[AlF6] və kaolinitdir Al2O3·2SiO2·2H2O.