A) silvinit iki qələvi metalın duzudur
B) NaCl və KCl ərintilərinin elektrolizi ilə müvafiq metal alınır
C) NaH qeyri-molekulyar quruluşa malikdir
D) kalium-hidriddə hidrogenin oksidləşmə dərəcəsi –1-dir
E) Sənayedə Na metalı natrum-hidroksidin suda məhlulda elektrolizi ilə alınır
Be, Mg, Ca, Sr, Ba ardıcıllığında metalların hansı xassəsi artır?
1. ionlaşma enerjisi
3. reduksiyaedicilik xassəsi
2. metallıq xassəsi
4. elektromənfilik
A) 1,2,3,4 B) 1,2,3 C) 2,3 D)
1,4 E) 1,3
Reaksiya sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Hansı ifadə kalsiuma və ya onun ionuna aid deyil?
A) gümüşü-ağ rəngli metaldır B) asanəriyən metaldır
C) ağır metaldır
D) kalsium bariumdan az fəaldır E) qanın laxtalanmasında iştirak edir
Hansı ionlar suda müvəqqəti codluq yaradır?
Reaksiya sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Suyun codluğuna aid hansı ifadə səhvdir?
A) karbonatlı və qeyri-karbonatlı olur
B) müvəqqəti və daimi olur
C) sodanın təsiri ilə aradan qaldırılır
D) suyu distillə etməklə tam aradan qaldırılır
E) məişət üçün yararlı olan suyun codluğu 7 mmol/l-dən çox olmalıdır
Doğru ifadələri müəyyən edin. Alüminium ...
1. adi şəraitdə qatı sulfat turşusu ilə passivləşir
2. adi şəraitdə qatı nitrat turşusu ilə passivləşir
3. civə ilə amalqama əmələ gətirir
4. havada oksid təbəqəsi ilə örtülür
5. ionu məhlulda qələvi məhlulu ilə təyin olunmur
A) 1,2,3,4,5 B) 2,3,4,5 C) 1,2,3,4 D)
1,3,4,5 E) 3,4
69 q natriumun su ilə qarşılıqlı təsirindən alınan həcmdə hidrogen almaq üçün neçə
qram litium su ilə qarşılıqlı təsirdə olmalıdır? Ar(Li) =7, Ar(Na) = 23.
Eyni kütlədə götürülmüş Mg, Ca və Ba metallarından hansının artıqlaması ilə götürülmüş xlorid
turşusu ilə qarşılıqlı təsirindən daha çox həcmdə hidrogen alınar?