Kəşfi. Mis lap qədim zamanlardan məlumdur.
Birləşmələrində mis +1 və +2 oksidləşmə dərəcəsi göstərir.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Mis elementi 4-cü dövr, I qrupun əlavə yarımqrupunda yerləşir. Onun atomu 1s22s22p6 3s23p63d104s1 elektron quruluşuna malikdir. 4s-elektronun hesabına mis birləşmələrində +1 oksidləşmə dərəcəsi göstərir. Rabitələrin yaranmasında 4s1 elektronla yanaşı, 3d elektronlarından biri də iştirak etdikdə mis +2 oksidləşmə dərəcəsi göstərir.
Təbiətdə yayılması. Misə təbiətdə, əsasən, birləşmələr şəklində rast gəlinir. Onun mühüm mineralları kuprit Cu2O, mis parıltısı Cu2S, mis kolçedanı CuFeS2 və malaxitdir (CuOH)2CO3. Bəzən misə sərbəst halda – külçələr şəklində də rast gəlinir. Respublikamızda misə, əsasən, Gədəbəy və Filizçay yataqlarında rast gəlinir.
a– | malaxit; |
b– | mis kolçedanı; |
c– | malaxitdən hazırlanmış məmulat. |
Alınması. Mis sənayedə mis parıltısından iki mərhələ üzrə alınır: əvvəlcə mis parıltısı mis(I) oksidə çevrilir, sonra mis(I) oksid artıqlaması ilə götürülmüş Cu2S ilə reaksiyaya daxil olur:
Bu yolla alınmış misin tərkibində qatışıqlar olur. Belə misdən daha təmiz mis almaq üçün elektroliz üsulundan istifadə edilir.