T ə c r ü b ə
1
Sink, dəmir və misin xlorid və duru sulfat turşuları ilə qarşılıqlı təsiri.
Təchizat: sink dənəcikləri, dəmir və mis qırıntıları, xlorid və duru sulfat turşuları,
spirt lampası, 6 ədəd sınaq şüşəsi, 6 ədəd pipet və saat şüşəsi.
İşin gedişi: iki sınaq şüşəsinin hər birinə 2 ədəd sink dənəciyi, digər ikisinə dəmir,
sonuncu ikisinə mis qırıntıları yerləşdirin. Sink olan sınaq şüşələrindən birinə 2 ml
sulfat, o birinə isə bir o qədər xlorid turşusu əlavə edin. Eyni şəkildə dəmir və mis
olan sınaq şüşələrinə də bu turşuları əlavə edin və baş verən dəyişikliklərə diqqət
yetirin. Sonda sınaq şüşələrindəki məhlulların hər birindən pipetlə 1–2 damcı götürün
və saat şüşəsinin üzərində buxarlandırın.
Nəticəni müzakirə edin:
– Hansı metal turşu ilə daha şiddətli (fəal) reaksiyaya daxil olur?
– Apardığınız təcrübələrdə reaksiyaların hansı əlamətlərini müşahidə etdiniz?
– Hansı metal turşulardan hidrogeni sıxışdırıb çıxarmadı?
– Hansı halda saat şüşələrindəki məhlulları buxarlandırdıqda şüşə lövhədə bərk qalıq
qalmadı?