15
Fəaliyyət
Xlorid turşusunun kimyəvi xassələri
Təchizat: 5 sınaq şüşəsi, xlorid turşusu, maqnezium lenti, mis məftil, mis(II) oksid,
mis(II) hidroksid, soda və ya təbaşir tozu.
İşin gedişi: 5 sınaq şüşəsindən birinə maqnezium lenti, ikincisinə mis məftil,
üçüncüsünə
mis(II) oksid, dördüncüsünə mis(II) hidroksid çöküntüsü, beşincisinə soda və ya təbaşir tozu
yerləşdirib hər birinin üzərinə 2–3 ml xlorid turşusu əlavə edin və müşahidə aparın.
Nəticəni müzakirə edin:
– |
Hər iki metalla xlorid turşusu reaksiyaya daxil oldumu? |
– |
3 və 4-cü sınaq şüşələrində göy rəngli məhlulun əmələ gəlməsini, 5-ci təcrübədə isə
qazın ayrılmasını necə izah edərdiniz?
|
– |
Sınaq şüşələrində baş verən reaksiyaların tənliklərini tərtib edin. |
Alınması. |
Laboratoriyada hidrogen-xlorid sulfat üsulu ilə natrium-xloriddən:
|
sənayedə isə, əsasən, hidrogenin xlorda yandırılmasından alınır:
Fiziki xassələri. Hidrogen-xlorid kəskin iyli, rəngsiz, havadan bir az ağır qazdır.
Rütubətli havada “tüstülənir”. 0°C və 0,1 MPa təzyiqdə 1 l suda 500 l HCl həll olur.
Hidrogen-xloridin suda məhlulu xlorid turşusu adlanır. Onunla tənəffüs etdikdə
hidrogen-xlorid boğucu təsir göstərir.