– | Sizcə, diş məcununun tərkibinə hansı halogenin birləşməsi daxildir? |
– | Hansı halogenin etil spirtində 5%-li məhlulu yaraların dezinfeksiyasında istifadə olunur? |
– | Xörək duzunun tərkibinə hansı halogen ionu daxildir? |
– | a təcrübəsində AgNO3 məhlulunu əlavə etdikdə hansı duzların məhlullarından çöküntü ayrıldı? Cöküntülərin rənglərindəki fərq nədən ibarətdir? |
– | b təcrübəsində halogenid ionlarından hansı kalsium ionu ilə çöküntü əmələ gətirir? |
– | Baş verən reaksiyaların ion və molekulyar tənliklərini tərtib edin. |
Kəşfi. Flüor 1886-cı ildə maye hidrogen-flüoridin elektrolizindən (A.Muassan, Fransa), xlor 1774-cü ildə xlorid turşusunun manqan(IV) oksidlə oksidləşdirilməsindən (K.Şeyele, İsveç), brom 1826-cı ildə (A.Balar, Fransa), yod 1811-ci ildə (B.Kurtua, Fransa) dəniz yosunlarının külündən alınmışdır.
Yunanca “flüoros” – “axıcı”, “xloros” – “sarımtıl-yaşıl”, “bromos” – “üfunətli”, “iodes” – “bənövşəyi” deməkdir.
Təbiətdə yayılması. Halogenlər təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir.
(a) | Halogenlər təbiətdə: |
1 – | daş duz (NaCl), |
2 – | silvin (KCl), |
3 – | flüorit (CaF2), |
4 – | yodla zəngin olan laminariya dəniz yosunu. |