Hansı elektron formulları halogen atomlarına aiddir? 1. ...2s22p5 2. ...2s22p6 3. ...3d64s1 4. ...3s23p5 5. ...3s23p4
A) 1,2,3 B) 1,2 C) yalnız 1 D) 1,3,4,5 E) 1,4
Hansı dövrün və hansı qrupun qeyri-metalı ən yüksək oksidləşdirici xassə göstərir? A) 1; VII B) 2; VII C) 2; VI D) 3; VII E) 6; VII
Xlor haqqında doğru ifadələri göstərin.
1. təbiətdə birləşmələr şəklində yayılmışdır
2. havadan ağır qazdır
3. sənayedə xlorid turşusundan alınır
4. laboratoriyada xlorid turşusundan alınır
A) 1,2,3,4 B) 2,3,4 C) yalnız 1 D) 1,2,3 E) 1,2,4
Səhv ifadəni müəyyən edin. Xlorid turşusu ...
A) saf maddə deyil
B) dəmirlə reaksiyaya daxil olur
C) mədə şirəsində vardır
D) 40%-dən qatı olur
E) gümüş(I) nitrat məhlulu ilə təyin edilə bilər
Doğru ifadələri müəyyən edin. Hidrogen-xlorid ...
1. kəskin iylidir
3. suda yaxşı həll olur
5. adi şəraitdə mayedir
2. nəm havada tüstülənir
4. ammonyakla reaksiyaya daxil olur
Reaksiya sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Doğru ifadələri müəyyən edin. Hidrogen-halogenidlərdən ...
1. HCl – ən qüvvətli reduksiyaedicidir
2. HF – məhlulda ən qüvvətli turşudur
3. HF – ən polyar molekuldur
4. HI – məhlulda ən asan dissosiasiya edir
5. HBr – çox davamlıdır və qızdırdıqda parçalanmır
Reaksiya sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Doğru ifadələri müəyyən edin. F–→ Cl–→ Br–→ I– sırasında ...
1. F– ionu ən zəif reduksiyaedicidir
3. I– ionunun radiusu ən böyükdür
2. I– ionu ən qüvvətli reduksiyaedicidir
4. F– ionu H+ ionunu daha güclü cəzb edir
Manqan(IV) oksidin xlorid turşusu ilə qarşılıqlı təsirindən 33,6 l (n.ş.) xlor alınmışdır.
Reaksiyaya daxil olan MnO2-nin kütləsini (q) hesablayın. Mr(MnO2) = 87.